"İtirəcək bir dəqiqəmiz də yoxdur, hamı meydana..." - Saakaşvili də müraciət yaydı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili gürcüstan vətəndaşlarını parlament seçkilərinin nəticələrini tanımamağa və kütləvi etirazlara çağırıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, sosial şəbəkə hesabında paylaşım edən Saakaşvili hər kəsə "itiriləcək bir dəqiqənin belə qalmadığını" xatırladıb:
“Heç bir müxalifət partiyası parlamentə getməməlidir. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcəyik. İtirəcək bir dəqiqəmiz belə yoxdur”.
Xatırladaq ki, bir qədər öncə isə Gürcüstan prezidenti Salome Zurabişvili də xalqı etirazlara səsləmişdi.
Səlcuq