"Şimal axını” qaz kəmərləri sökülməlidir – Polşa prezidenti

“Rusiya qazının Avropaya nəqlinin hətta Rusiya-Ukrayna arasında sülh razılaşması əldə edildikdən sonra da bərpa olunmaması üçün 2022-ci ildə zədələnmiş “Şimal axını” qaz kəmərləri sökülməlidir”.

Jan 28, 2025 - 11:58
"Şimal axını” qaz kəmərləri sökülməlidir – Polşa prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bunu “BBC-yə müsahibəsində Polşa prezidenti Andjey Duda deyib.  

“Mən yalnız ümid edə bilərəm ki, Avropa liderləri Rusiyanın Ukraynaya təcavüzündən dərs çıxaracaq və bu boru kəmərləri ilə qaz nəqlini heç vaxt bərpa etməməyə qərar verəcəklər”, - deyə Duda vurğulayıb. 

Onun sözlərinə görə, bu boru kəmərləri Ukrayna, Polşa, Slovakiya və digər Mərkəzi Avropa ölkələri üçün böyük təhlükə yaradır. 

“Bu, enerji baxımından, ordu nöqteyi-nəzərdən təhlükədir, həm də böyük iqtisadi təhlükədir. Çünki bu, Rusiyanın iqtisadi mənada Avropa üzərində hökmranlığı deməkdir”, - deyə Polşa prezidenti əlavə edib.

Rusiyanın “Şimal axını” və “Şimal axını-2” qaz kəmərləri 2022-ci il sentyabrın 26-da sıradan çıxarılıb.

Rusiya prezidenti Vladimir Putin iddia edib ki, təxribatı “anqlosakslar” təşkil ediblər. Lakin seçkiqabağı kampaniuyası dövründə Donald Tramp bəyan etdi ki, həmin kəmərlərin məhv edilməsi onun göstərişi ilə olub.

Xatirə SADİQ