“Orban bunu reytinqinə görə edir” - Zelenski
Macarıstanın baş naziri Viktor Orban seçkilər ərəfəsində partiyasının reytinqini artırmaq üçün Ukraynanın Avropaya inteqrasiyasına qarşı çıxır.
SAVASHMEDİA.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə ünsiyyəti zamanı bildirib.
“Onun seçkiqabağı proqramı Avropa İttifaqının təklif etdiyi hər şeyi prinsipial olaraq tənqid etməsinə əsaslanır. Bu tənqidlə o, deyək ki, öz elektoratını və ya daha radikal elektoratı yemləyir”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ