Sabah Bakının bu ərazilərində QAZ OLMAYACAQ

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

May 21, 2026 - 23:53
Sabah Bakının bu ərazilərində QAZ OLMAYACAQ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Xətai, N.Məmmədov, M. Hüseyn və M. Əzizbəyov küçələrinin, Mərdəkan qəsəbəsinin Qala şosesinin, Sabunçu rayonunun Zabrat qəsəbəsinin, B. Şəkinskaya, Oktyabr, S. Cəfərov, N. Zeynalova və M. Hüseynzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.