Ləmbəranskiyə yüksək vəzifə verildi - FOTO

Sabiq Sabunçu Rayon Prokuroru İbrahim Ləmbəranski yüksək vəzifəyə təyin olunub.

Oct 1, 2025 - 16:46
Ləmbəranskiyə yüksək vəzifə verildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müvafiq əmrlə o, xidmət rəisinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır.

Fotoda İbrahim Ləmbəranski