Elçin Quliyevin oğluna polkovnik-leytenant rütbəsi verilib? – Rəsmi açıqlama

Bir neçə gündür Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Jun 13, 2025 - 21:26
Elçin Quliyevin oğluna polkovnik-leytenant rütbəsi verilib? – Rəsmi açıqlama

İddialara görə, generalın 27 yaşlı oğlu 2019-cu ildə DSX-da leytenant rütbəsi ilə xidmətə başlayıb və 6 ilə polkovnik-leytenant rütbəsinə layiq görülüb.

SAVASHMEDİA.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Məhəmməd Quliyev DSX-nin sıralarında deyil:

“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir”.