“Krımı yaşayış üçün yararsız hala salmalıyıq” - Ben Uolles 

Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın yolu işğal olunmuş Krımdan keçir. 

Oct 1, 2025 - 17:09
“Krımı yaşayış üçün yararsız hala salmalıyıq” - Ben Uolles 

SAVASHMEDİA.az “The Guardian”a istinadən xəbər verir ki, bu fikri Varşava Təhlükəsizlik Forumu zamanı Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles bildirib.

“Düşünürəm ki, Putini nəyin hərəkətə gətirdiyini xatırlamaq lazımdır. Putin Ukrayna üzərində hökmranlıq etmək, Ukraynanı ələ keçirmək, “Krım Rusiyadır” ideyasına aşiqdir. Ona görə də biz Ukraynanın Krımı yaşayış üçün yararsız hala salması üçün uzaqvuran imkanlar qazanmasına kömək etməliyik. Bizə Krımda həyatı boğmaq lazımdır”, - deyə Uolles əlavə edib.

Onun fikrincə, Krım körpüsü dağıdılmalıdır, bunun üçün Almaniyanın TAURUS raketləri lazımdır. 

“Çünki bu, Putinin şöhrətə düşgünlüyünün abidəsidir. Düşünürəm ki, əgər bunu həyata keçirsək, Putin qəfildən itirəcək nəyisə olduğunu anlayacaq”, - deyə keçmiş nazir izah edib.
 
Xatirə SADİQ