"İranın rəhbərini mən seçəcəyəm, Xameneinin oğlunu isə..." - Tramp
ABŞ Prezidenti Donald Tramp İran liderliyinə mərhum Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xameneinin namizədliyini rədd edib.
SAVASHMEDİA.az xəbər verir ki, Donald Tramp bu barədə ABŞ mətbuatına verdiyi müsahibədə danışıb.
ABŞ prezidenti bildirib ki, İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməlidir:
"Xameneinin oğlu zəif fiqurdur. Venesuelada olduğu kimi, (Delsi Rodrigezin təyinatında) İrandakı təyinatda da iştirak etməliyəm".
Tramp Müctəba Xameneinin İrana rəhbərlik etməsini niyə istəmədiyini də açıqlayıb:
"Xameneinin oğlu mənim üçün qəbuledilməzdir. Çünki o, atasının siyasətini davam etdirəcək və bu da növbəti 5 il ərzində ABŞ ilə İran arasında yeni qarşıdurmaya gətirib çıxaracaq. Biz İrana harmoniya və sülh gətirəcək bir rəhbər istəyirik".
Banu