Putin "günü sabah" dedi, Paşinyandan "buyur" cavabı - "102 gərginliyi"
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ölkədən çıxarılmasına etiraz etməyəcəklərini deyib.
SAVASHMEDIA.az xəbər verir ki, Paşinyan bazanın Ermənistan üçün “həyati zərurət” olmadığını əlavə edib.
Xatırladaq ki, onun bu açıqlaması Rusiya Prezidenti Vladimir Putinin hərbi bazanın Ermənistandan “hətta sabah” çıxarıla biləcəyi barədə mesajından sonra səsləndirilib.
Bildirək ki, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir və uzun illər Moskvanın Cənubi Qafqazdakı əsas hərbi dayaqlarından biri hesab olunub.
Baş verənlər Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı yeni suallar yaradıb. Moskva ilə İrəvan arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi isə maraq doğirir.
Səlcuq