Tramp İlham Əliyevin sitatlarını paylaşdı
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, “Breitbart News” nəşrində dərc olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, Trampın rəsmi “Truth Social” hesabında paylaşdığı material “Breitbart News”un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb.
Qeyd edək ki, məqalədə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış sessiyasında səsləndirdiyi fikirlərə istinad olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampı sülhün təmin edilməsində müstəsna nəticələr əldə edən lider kimi qiymətləndirib.
"Trampın diplomatiyaya əvvəlki administrasiyalardan tamamilə fərqli yanaşması Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin əldə olunmasında həlledici rol oynayıb və ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin əsasını qoyub" - Prezidentin bu açıqlaması da həmin məqalədə öz əksini tapıb.