"ABŞ İranın da Venesuela kimi süqut edəcəyini gözləyirdi" - Pezeşkian 

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin İranın da Venesuela kimi sürətlə süqut edəcəyini düşündüyünü bildirib.

Aug 23, 2026 - 16:05
"ABŞ İranın da Venesuela kimi süqut edəcəyini gözləyirdi" - Pezeşkian 

SAVASHMEDIA.az xəbər verir ki, Pezeşkian IRNA-ya açıqlamasında bu planın baş tutmadığını deyib. Onun sözlərinə görə, İran təzyiqlərə baxmayaraq müqavimət göstərib.

“Onlar İranın da Venesuela kimi süqut edəcəyini düşünürdü. Bu baş vermədi. Əksinə, İran gücü, müqaviməti, birliyi və həmrəyliyi ilə bütün dünyanın heyranlığını qazandı”, - Pezeşkian vurğulayıb.

Prezident əlavə edib ki, ən sərt sanksiyalara baxmayaraq, İran xalqı təzyiqlərə müqavimət göstərməkdə davam edəcək.

Səlcuq