Böyrək daşı olanlar pivə içməlidir? – MİF, YOXSA HƏQİQƏT? + Tibbi İZAH

Böyrək daşı olan insanların arasında pivənin daşın düşməsinə kömək etdiyi barədə geniş yayılmış fikir var. Bəs bunun elmi əsası varmı?

Aug 23, 2026 - 15:40
Aug 23, 2026 - 15:43
Böyrək daşı olanlar pivə içməlidir? – MİF, YOXSA HƏQİQƏT? + Tibbi İZAH

SAVASHMEDIA.az xəbər verir ki, pivə sidik ifrazını artırdığı üçün xırda daşların sidik yollarından keçməsinə müəyyən qədər kömək göstərir. 

Amma unutmaq olmaz ki, pivə böyrək daşını nə əridir, nə də müalicə edir.

Sadəcə olraq, pivənin tərkibindəki maye və alkoqol sidik ifrazını artırır ki, bu da daşın sidik kanalı vasitəsilə orqanizmdən atılmasına yardımçı ola bilər. Bu səbəbdən bəzi həkimlər xüsusilə xırda daşların öz-özünə düşməsi ehtimalını nəzərə alaraq bəzi xəstələrə pivə qəbulunu tövsiyə edir.

Bununla belə, əsas maye su olmalıdır. Həddindən artıq pivə içmək orqanizmdə susuzlaşmaya səbəb ola bilər və bu, əksinə, böyrək daşları baxımından arzuolunmazdır. Alkoqolun digər sağlamlıq riskləri də nəzərə alınmalıdır.

Oğuz