"Ayağına protez qoyulub, yeriyə bilmir" - Əli Mirəliyevin qızı

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.

Apr 29, 2025 - 00:13
"Ayağına protez qoyulub, yeriyə bilmir" - Əli Mirəliyevin qızı

İfaçının qızı Samirə bildirib ki, atası reanimasiyadan çıxarılıb, palatada həkim nəzarətindədir:

"10 gün xəstəxanada qalacaq. Vəziyyəti stabildir. Həkimlər təzyiqi və şəkərini qaydasında saxlama çalışırlar. Ayağında protez var, bud çanaq nahiyəsindən əməliyyat olunub. Gündə 5 dəqiqə güclə köməklik göstərərk yeridə bilirik. İndi yeriyə bilmir, tam sağalması üçün 2 ay reabilitasiya keçməlidir".

Qeyd edək ki, qızı Ə.Mirəliyevin ayağının itin zəncirinə dolaşaraq yıxıldığını, bud sümüyünün sındığını bildirib. (axşam)