“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Daşkənddə jurnalistlərə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu, özünü doğruldur, bir-birimizi başa düşürük. Bəzi hallarda rus dilində də danışırıq.
Yazılı mətnləri başa düşmək daha asandır. O deməkdir ki, tələffüzü daha çox eşitdiyiniz təqdirdə, daha asan qavramaq mümkündür. Bir qədər praktika lazımdır, çox eşitməliyik”, - o qeyd edib.