Tramp "sabah imzalayacağıq" dedi, İran təkzib etdi

İran və ABŞ arasında müqavilənin imzalanması bazar gününə planlaşdırılıb.

Jun 13, 2026 - 23:24
Tramp "sabah imzalayacağıq" dedi, İran təkzib etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, razılaşma bağlandıqdan sonra Hörmüz boğazı tamamilə açılacaq.

"Saziş sabaha planlaşdırılıb və imzalandıqdan dərhal sonra Hörmüz boğazı hamı üçün açıq olacaq. İranla münasibətlərimiz əvvəlki administrasiyalardan daha yaxşıdır, çox fərqlidir" - Tramp qeyd edib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "İslamabad Memorandumu" adlandırılan sənədin imzalanması üçün dəqiq tarixin hələ müəyyən edilmədiyini deyib. "Onun sabah imzalanmayacağı dəqiqdir" - Bəqai qeyd edib.

Aytən