"Gəlin, açıq danışaq, İstanbulda möcüzə olmayacaq" - Peskov

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqlarda Kreml “möcüzəvi sıçrayışlara” ümid etmir. 

Jul 22, 2025 - 14:28
"Gəlin, açıq danışaq, İstanbulda möcüzə olmayacaq" - Peskov

SAVASHMEDİA.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Gəlin açıq danışaq: Ukrayna nizamlanması məsələsi o qədər mürəkkəbdir ki, mübadilə və ya ölənlərin cəsədlərinin qaytarılması ilə bağlı razılaşmaların əldə olunması artıq nəticədir. Ona görə də bu halda mən sizin skeptisizminizi bölüşməzdim. Möcüzələr kateqoriyasından hansısa irəliləyişlərə ümid etmək üçün heç bir əsas yoxdur. Bunun mümkün olması ehtimalı azdır", - Peskov bildirib.

Peskov vurğulayıb ki, Rusiya Federasiyası öz maraqlarından çıxış edərək qarşıya qoyulan vəzifələri yerinə yetirmək niyyətindədir.

Oğuz