5 min polislə binaya girdi, amma... - CHP-nin bu həmləsi Gürsel Tekini şoka saldı + FOTO

CHP-nin İstanbul bölgə sədrliyinə qəyyum təyin olunan Gürsel Tekin partiya rəhbərliyinin bütün etirazlarına baxmayaraq, 5 min polisin köməyi ilə inzibati binaya daxil olub. 

Sep 8, 2025 - 19:53
5 min polislə binaya girdi, amma... - CHP-nin bu həmləsi Gürsel Tekini şoka saldı + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, Gürsel Tekinin partiyanın İstanbul bölgə sədri Özgür Çeliyin otağına daxil olmasına icazə verməyiblər. 

Partiya nümayəndələri binanın içində barrikadalar qurublar. Gürsel Tekini mətbuat konfranslarının keçirildiyi otaqda CHP sədri Özgür Özəlin müavini Ensar Aytekin qarşılayıb. Onlar arasında gərginlik yaşanıb. 

Belə ki, Ensar Aytekin yumruğunu masaya vuraraq Gürsel Tekinə “Gürsel başqan, buraya 5 min polislə necə gələ bilərsən?” deyib.  Tekin isə Ensara “Əlinizi masaya vurmayın” cavabını verib.

CHP-nin inzibati binasında barrikada qurulub

Bu hadisələrdən sonra CHP Sarıyerdə yerləşən İstanbul bölgə sədrliyi binasını bağlamaq qərarına gəlib. Bunu İstanbul bölgə sədri Özgür Çelik açıqlayıb. O bildirib ki, sözügedən binadan bundan sonra CHP sədri Özgür Özəlin ofisi kimi istifadə olunacaq. 

CHP-nin yeni İstanbul bölgə sədrliyi isə Bahçelievler İlçə sədrliyində yerləşəcək. Partiya bu dəyişikliklə bağlı qərarını İstanbul valiliyi və Ali Məhkəməyə bildirib.

Banu