"İran məni öldürsə, elə bir şey baş verəcək ki..." - Tramp qorxur?
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın ona qarşı mümkün sui-qəsdi həyata keçirməsi halında Tehrana görünməmiş miqyasda cavab zərbələrinin endirilməsi üçün əvvəlcədən göstəriş verib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə "New York Post" qəzetinə müsahibəsində danışıb.
"Əgər bunu etsələr, məhv olacaqlar. Belə bir hadisə baş verərsə, onlara indiyədək görünməmiş səviyyədə zərbələr endiriləcək", – ABŞ prezidenti vurğulayıb.
ABŞ prezidenti son günlər İranın ona qarşı yeni sui-qəsd planı hazırladığı barədə yayılan məlumatların da onun üçün gözlənilməz olmadığını bildirib.
Tramp qeyd edib ki, İranın onu hədəf hesab seçməsi yeni məsələ deyil: "Onlar məni 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra hədəf elan ediblər".
Oğuz