Mask partiyasının yaradılmasını ertələyib?
Amerikalı milyarder və ABŞ prezidenti Donald Trampın keçmiş müttəfiqi İlon Mask məsləkdaşlarına hazırda diqqətini biznesə yönəltmək istədiyini deyib.
SAVASHMEDİA.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən yazıb.
Nəşr iddia edir ki, Mask guya Respublikaçılar Partiyasının nüfuzlu üzvləri ilə münasibətləri onları seçicilərdən məhrum etmək cəhdi ilə korlamamaq üçün öz partiyasının yaradılmasını təxirə salıb.
WSJ həm də qeyd edib ki, Mask vitse-prezident Cey Di Vens ilə əlaqə saxlayır və əgər o, növbəti seçkilərdə prezidentliyə namizəd olarsa, onun kampaniyasına sərmayə yatırmaq imkanını nəzərdən keçirir.
Eyni zamanda, o, guya özünün partiya layihəsini tamamilə rədd etməyib və 2027-ci ilin payızında Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində bu layihəyə qayıda bilər.
Bu materialın dərcindən sonra Mask X-də yazıb: “WSJ-nin dediyi heç nə həqiqət kimi qəbul edilməməlidir”.
Xatirə SADİQ