Putin Trampın adamını Kremldə 8 saat gözlədib - YENİ DETAL

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün 8 saat gözləməli olub. 

Mar 14, 2025 - 23:13
Putin Trampın adamını Kremldə 8 saat gözlədib - YENİ DETAL

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın Sky News telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Trampın xüsusi nümayəndəsi Uitkoff Putinlə Ukrayna ilə 30 günlük barışıq haqqında danışıqlar aparmaq üçün Rusiyanın paytaxtına uçub.

“Lakin cümə axşamı nahar vaxtı oraya gələndən sonra o, Kremlə çağırılana qədər ən azı səkkiz saat gözləyib. Prezident Putin, görünür, bir gün əvvəl elan edilən tələsik dövlət səfəri üçün başqa bir adamla, Belarus prezidenti Aleksandr Lukaşenko ilə çox məşğul idi”, - məqalədə deyilir.

Telekanalın müxbiri qeyd edir ki, o, Lukaşenkonun səfərinin vaxtının qəsdən seçildiyini deyə bilməz, lakin bu, təsadüf kimi görünmür.

Bununla belə, telekanal Uitkoffla Putin arasında görüşün nə qədər davam etdiyini və orada konkret nəyin müzakirə edildiyini bilmir.

Oğuz