Daha bir QHT sədri həbs edildi

Məhkəmə daha bir qeyri-hökümət təşkilatının rəhbəri barəsində həbs qərarı verib.

Mar 14, 2025 - 22:22
Daha bir QHT sədri həbs edildi

SAVASHMEDİA.az Report-a istinadən xəbər verir ki, Seçki Müşahidə Alyansının rəhbəri Altay Məmməd Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.