Tramp Zelenski barədə dediyini dandı - "Bunu mən demişəm?"

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Feb 28, 2025 - 00:22
Tramp Zelenski barədə dediyini dandı - "Bunu mən demişəm?"

SAVASHMEDİA.az-ın xəbərinə görə, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.

“Bunu mən demişəm? - Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsindən silinməyib.

Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu “seçki keçirmək istəməyən diktator” adlandırıb.