"Qıcıqlanmırıq və hər şeyə hazırıq" – Zelenski
“Amerika Birləşmiş Ştatları Putinin genişmiqyaslı təcavüz nəticəsində düşdüyü uzunillik təcrid vəziyyətindən çıxmasına kömək edir”.
SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbəbr verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki brifinqdə deyib.
“Heç kim qıcıqlanmır. Biz hər şeyə hazırıq”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, bunun səbəblərindən biri ABŞ prezidenti Donald Trampın komandasının dezinformasiya təsiri altında olmasıdır.
“Yardımın 90%-nin ABŞ-dən gəldiyi hekayəsi... Biz başa düşürük ki, həqiqət bir az fərqlidir. Hərçənd, sözsüz ki, yardım üçün minnətdarıq. Mən istərdim ki, Trampın komandasında daha çox həqiqət olsun. Çünki bütün bunlar Ukraynaya müsbət təsir göstərmir. Amma bu, Putini təcriddən çıxarmalarına təsir edir”, - deyə Ukrayna prezidenti əlavə edib.
Zelenski onu da nəzərə çatdirib ki, ABŞ-nin Putini təcriddən çıxarmasına Kremldə sevinirlər: “Dünən artıq kiminsə qurban olması haqqında siqnallar var idi. Bu, nəsə yeni şeydir”.
Xatirə SADİQ