Prezident İlham Əliyev Trampa təşəkkür etdi

“Ümumilikdə avqust ayında ABŞ-yə səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır”.

Sep 25, 2025 - 21:14
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.

Dövlət başçısı Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.