Hidayət Orucov VƏFAT ETDİ - Dosye

Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərindən biri, keçmiş dövlət müşaviri və sabiq səfir Hidayət Orucov vəfat edib.

Jun 13, 2026 - 23:40
Hidayət Orucov VƏFAT ETDİ - Dosye

SAVASHMEDİA.az xatırladır ki, Hidayət Orucov uzun illər Azərbaycan dövlət idarəçiliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 

O, müxtəlif dövrlərdə Prezidentin millətlərarası münasibətlər üzrə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, həmçinin Azərbaycanın Qırğızıstandakı səfiri vəzifələrini icra edib.

1944-cü ildə anadan olan Hidayət Orucov siyasi fəaliyyəti ilə yanaşı, ədəbiyyat və publisistika sahəsində də tanınıb, bir sıra kitabların müəllifidir.

Ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. 

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Səlcuq