Mer evində öldürüldü, hökumətdən mühafizə istəmişdi - DETALLAR

Meksikanın Oaxaka ştatının Mixteka bölgəsində yerləşən San-Migel-Amatitlan şəhərinin meri, 53 yaşlı Xoel Anxel Bravo Martines silahlı hücum nəticəsində qətlə yetirilib.

Jun 14, 2026 - 00:36
Mer evində öldürüldü, hökumətdən mühafizə istəmişdi - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, Meksika mediasının məlumatına görə, naməlum silahlılar merin yaşadığı evə daxil olaraq ona dəfələrlə atəş açıblar. 

Hadisə yerinə çağırılan təcili yardım briqadası onun həyatını xilas edə bilməyib.

Oaxaka Baş Prokurorluğu merin öldürülməsi ilə bağlı genişmiqyaslı istintaqa başladığını açıqlayıb. Cinayətin araşdırılması üçün federal və ştat təhlükəsizlik qüvvələrinin iştirakı ilə xüsusi əməliyyat qrupu yaradılıb, bölgədə gücləndirilmiş axtarış tədbirləri həyata keçirilir.

Məlumata görə, Bravo Martines son aylarda təhlükəsizliyi ilə bağlı narahatlığını dilə gətirmiş və hakimiyyət orqanlarından mühafizə tələb etmişdi. Bundan əlavə, o, may ayında silahlı şəxslərin hücumuna məruz qalmış, lakin həmin insidentdən sağ çıxmışdı.

Qeyd edək ki, Bravo Martines müxalif PAN–PRI–PRD koalisiyasının namizədi kimi seçilmişdi. Onun qətli Meksikada yerli məmurlara qarşı son illər artan zorakılıq hallarının növbəti nümunəsi kimi qiymətləndirilir.

Oğuz