Ukraynalı nazir Türkiyə prezidentinə minnətdarlıq etdi

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Oct 22, 2024 - 13:38
Ukraynalı nazir Türkiyə prezidentinə minnətdarlıq etdi

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində məlumat yayıb. 

Andrey Sibiqa ölkəsinin suverenliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəyinə görə Ərdoğana minnətdarlığını bildirib. Nazir Ukraynanın bundan sonra da Türkiyə ilə əməkdaşlıqda, xüsusilə də müdafiə sahəsində əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdırıb. 

“Mən həmçinin Qara dənizdə naviqasiya azadlığının təmin edilməsinin vacibliyini vurğuladım. Biz hərtərəfli, ədalətli və davamlı sülhə aparan yolları da müzakirə etdik”.
 
Xatirə SADİQ