İsrailli nazir Xameneinin hökmünü verdi - “Mövcud ola bilməz”

“İran kimi bir ölkəyə rəhbərlik edən və İsraili məhv etməyi öz missiyasına çevirən [Ayətullah Əli] Xamenei kimi diktator mövcud ola bilməz”.

Jun 19, 2025 - 16:25
İsrailli nazir Xameneinin hökmünü verdi - “Mövcud ola bilməz”

SAVASHMEDİA.az “Sky News”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib. 

Müdafiə nazir əlavə edib ki, IDF “təlimatlar” alıb və bilir ki, “bütün məqsədlərinə çatmaq üçün bu şəxs mütləq mövcudluğunu davam etdirməməlidir”. 

Bu bəyanat ABŞ-nin rəsmi şəxslərinin bu həftə Donald Trampın İsrailin Xameneiyə sui-qəsd planına veto qoyduğunu deməsindən sonra meydana çıxıb.

Trampın özü də sonradan bildirib ki, ayətullahı öldürmək planı yoxdur: “Ən azından indi yox”.

Xatirə SADİQ