“Reaktor işlək vəziyyətdə deyildi” - MAQATE təsdiqlədi 

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrail ordusunun (İDF) İranda işləməyən nüvə reaktoruna zərbə endirdiyi xəbərini təsdiqləyib.

Jun 19, 2025 - 16:22
“Reaktor işlək vəziyyətdə deyildi” - MAQATE təsdiqlədi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə agentliyin “X” səhifəsində məlumat paylaşılıb.

 “MAQATE-də tikinti mərhələsində olan Xondabdakı (keçmiş Ərak) ağır su tədqiqat reaktoruna hücum edildiyi barədə məlumat var. O, işlək vəziyyətdə deyildi və tərkibində nüvə materialları yox idi. Ona görə də heç bir radioloji təsir olmayıb”, - deyə agentlik vurğulayıb. 

Xatirə SADİQ