Saakaşvilinin həbsxanada izlədiyi yeganə Azərbaycan kanalı - Hansıdır?

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili saxlanıldığı müəssisədəki son vəziyyətlə bağlı diqqətçəkən açıqlama verib.

Nov 13, 2025 - 17:56
Saakaşvilinin həbsxanada izlədiyi yeganə Azərbaycan kanalı - Hansıdır?

Xəstəxana şəraitində müalicədən sonra yenidən həbsxanaya dönən Saakaşvili bildirib ki, bu dəfə həbsxana rəhbərliyi onu “tam dolu şəkildə” qarşılayıb. 

O deyib ki, əvvəlki dövrlə müqayisədə nəzarət daha da sərtləşdirilib. Saakaşvilinin sözlərinə görə, müəssisə rəhbərliyi ehtiyat edir ki, o, digər məhbuslarla təmas qurub narazılığın genişlənməsinə və hətta üsyan cəhdinə səbəb ola bilər. Buna görə də, onun hər addımı daha sıx nəzarət altında saxlanılır.

Sabiq prezident xüsusilə kamera daxilində informasiya mühitinin məqsədli şəkildə məhdudlaşdırıldığını vurğulayıb.

Onun sözlərinə görə, hazırda kameradakı televizorda yalnız rus kanallarına icazə verilib, bütün digər xarici yayımlar bloklanıb. Yeganə istisna isə cəmi bir Azərbaycan kanalıdır. Onun açıqlamasında bu kanalın adı yoxdur. Saakaşvili bu vəziyyətin təsadüfi olmadığını, həbsxana rəhbərliyinin məhz informasiya axınını nəzarətdə saxlamağa çalışdığını bildirib.

O həmçinin müəssisədə məhbusların hərəkət etdiyi dəhlizlərdə “nəhəng tıxaclar” yarandığını, xətti hərəkətin qəsdən ləngidildiyini və bunun həm psixoloji təzyiq, həm də ümumi gərginlik mühiti yaratdığını vurğulayıb. Saakaşvili hesab edir ki, bu şərait onunla bağlı təhlükəsizlik rejiminin süni şəkildə sərtləşdirilməsinə xidmət edir.

Sonda Saakaşvili onu dəstəkləyən hər kəsə təşəkkürünü çatdırıb və bildirib ki, aldığı reaksiyalar “çoxsaylı, davamlı və ruhvericidir”. Onun sözlərinə görə, dəstəyin miqyası Gürcüstanda və xaricdə prosesləri diqqətlə izləyən geniş ictimai dəstəyin mövcudluğundan xəbər verir. (musavat)