Türkiyənin məşhur aktyoru vəfat etdi - FOTOLAR
Türkiyənin tanınmış teatr və kino aktyoru Kanbolat Görkem Arslan vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, aktyorun gecə Bəyoğlundakı evində vəziyyəti pisləşib.
Həyat yoldaşı təcili tibbi yardım çağırıb. İlkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Xəstəxanada bütün cəhdlərə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
45 yaşlı aktyor səhhəti pisləşməzdən bir neçə saat əvvəl sosial şəbəkə hesablarında rol alacağı tamaşaların afişasını paylaşıb.
Qeyd edək ki, Kanbolat Görkem Arslan "Çemberimde Gül Oya", "Poyraz Karayel", “Destan”, “Hatırla Sevgili”, “Asi”, “Ezel”, “Yer Gök Aşk”, “Tatar Ramazan”, “Hayat Bazen Tatlıdır”, “Kuruluş Osman”, “Alparslan: Büyük Selçuklu”, “Yabani”, “Kudüs Fatihi Selahaddin Eyyubi” kimi seriallarda rol alıb.
Banu
Fotolarda: Kanbolat Görkem Arslan