ABŞ dövlət katibi Venesuela təyyarəsinin həbs mərasiminə qatılıb
ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Dominikan Respublikasında Venesuela hökumətinin təyyarəsinin həbs olunması prosedurunda iştirak edib.
SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Mərkəzi Amerika turunun son dayanacağında Marko Rubio ABŞ Daxili Təhlükəsizlik Nazirliyi agentinin təyyarəyə orderi bərkidərək onu həbs etməsinə tamaşa edib.
Həbs olunmuş təyyarə Santo Dominqo hava limanında texniki xidmətdən keçirdi.
Dövlət Departamenti bildirib ki, ABŞ hakimiyyəti təyyarənin müsadirə edilməsi ilə bağlı iddia irəli sürmək üçün əsasların olduğunu müəyyən edib. Təyyarənin həbs edilməsinə əsas kimi ABŞ sanksiyalarının və ixrac nəzarətinin pozulması, həmçinin çirkli pulların yuyulması ittihamları göstərilib. Qeyd edilib ki, Venesuela rejiminin lideri Nikolas Maduro hökumətinin yüksək vəzifəli üzvləri Yunanıstan, Türkiyə, Rusiya, Nikaraqua və Kubaya səyahət etmək üçün “Dassault Falcon 200” təyyarəsindən istifadə ediblər.
Bu, ABŞ-nin son altı ayda Dominikan Respublikasında həbs etdiyi ikinci Venesuela təyyarəsidir. 2024-cü ilin sentyabrında Fransa istehsalı olan “Dassault Falcon 900EX” müsadiqə edildi və Floridaya göndərildi.
Kubalı mühacirlərin oğlu Rubio senator olarkən Havanadakı rejimin müttəfiqi olan Maduroya qarşı sərt sanksiyaların tərəfdarı olub. Bu həftə Rubio ABŞ-nin Maduronu Venesuelanın qanuni lideri kimi tanımadığını deyib.
Ötən ay ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell danışıqlar məqsədilə Maduro ilə görüşüb və Venesuelada saxlanılan 6 amerikalı ilə Karakasdan ayrılıb. O, həmçinin Karakasdakı hakimiyyəti ABŞ-nin deportasiya etmək istədiyi Venesuela vətəndaşlarını qəbul etməyə yönləndirib.
Xatirə SADİQ