"Dostluğumuz bitdi" - Trampdan Mask açıqlaması

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskla olan dostluq münasibətlərinin artıq sona çatdığını bildirib.

Jun 8, 2025 - 14:16
"Dostluğumuz bitdi" - Trampdan Mask açıqlaması

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına verdiyi müsahibəsində danışıb.

“Düşünürəm ki, bəli”, – Tramp münasibətlərin bitdiyini təsdiqləyib və gələcəkdə Maskla əlaqə saxlamayacağını bildirib.

“Çox işim var. Onunla danışmaq fikrində deyiləm”, – o əlavə edib.

Tramp həmçinin İlon Maskı prezidentlik institutuna qarşı hörmətsiz münasibət göstərməkdə ittiham edib.