Benin prezidenti çevriliş cəhdindən danışdı - Xalqa müraciət
"Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb".
SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə Benin Prezidenti Patris Talon milli televiziyada yayımlanan xalqa müraciətində bildirib.
Talon vurğulayıb ki, hakimiyyət bütün ölkədə vəziyyətə tam nəzarət edir: "Kiçik bir qrup hərbi qulluqçu üsyan qaldırıb və bu, ordumuz tərəfindən yatırılıb. Bütün çevriliş ocaqları təmizlənib. Üsyançıların dövlətə xəyanət əməli cəzasız qalmayacaq. Vəziyyət tam nəzarət altındadır. Bütün ərazidə təhlükəsizlik və ictimai asayiş təmin olunacaq".
Benin Prezidenti əlavə edib ki, vətəndaşlar təhlükəsiz şəkildə gündəlik işləri ilə məşğul ola bilərlər.
Qeyd edək ki, Nigeriya Hərbi Hava Qüvvələri Beninin iqtisadi paytaxtı Kotonuda uğursuz hərbi çevriliş cəhdinin iştirakçılarına hava zərbələri endirib.
Aytən