"Öpüşdüyüm adam ərimdir, başınız xarab olmasın" - "Məhsəti" filminin aktrisası
“Suadla film haqqında danışanda ilk olaraq soruşmuşdum ki, film harada yayımlanacaq? Səhnəyə görə qorxurdum. Yeri gəlmişkən, filmdə öpüşdüyüm adam doğmaca ərimdir. Başınız xarab olmasın”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri son günlər gündəmi zəbt edən “Məhsəti” filmində eyniadlı obrazı canlandıran aktrisa Fərqanə Abdulla deyib.
O, sosial media hesabında növbəti paylaşımını edib:
“Suada dedim ki, utanıram ki, atası, anası görər. Bunun görünməsini istəmirəm. Yəqin ki, ancaq xaricdə yayımlanacaq. Festivallarda göstəriləcək. Dedi ki, bu, festival filmidir. Sağ olsunlar. Azərbaycanda hamı gördü. Bunu tirajlayaraq təkrar-təkrar niyə verirsiniz?!
Bir şeyin fərqinə vardım ki, insan nədən qorxursa, onu yaşayır. Təəssüf ki, Azərbaycan kimi cəmiyyətdə sən nə edirsənsə et, səni anlamırlar, anlamayacaqlar da. Bu yəqin ki, ilk deyil, son da olmayacaq. Hələ ki məni çox meydanlara çıxardıb daşlayacaqlar. Əsəblərim 1 ilə ancaq özünə gələr. Yoxsa hər gün Azərbaycan gündəmində olmaq çoxdur.
Qəlbiniz nə qədər qara və daşdan olmalıdır ki, ağzınıza gələni yaza bilmək cəsarətində olasınız”.