Müəllimi yaralayan şagirdin dostu DANIŞDI - "Onu çox sıxırdılar"

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu “İdrak” liseyin şagird müəllimi güllələyib.

Feb 6, 2026 - 12:32
Müəllimi yaralayan şagirdin dostu DANIŞDI - "Onu çox sıxırdılar"

SAVASHMEDİA.az nocomment.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı lisey şagirdi danışıb.

Müəllimi güllələyən şagirdlə dost olduğunu deyən yeniyetmə həm müəllimin, həm də şagirdin mənfi tərəfinin olmadığını bildirib.

Hadisəyə səbəb kimi isə məktəblinin sıxışdırılması olduğunu qeyd edərək, “sakit uşaqdır, dərslərini də oxuyurdu, müəllim də yaxşıdır, amma məktəbdə onu çox sıxırdılar”, – deyərək fikrini yekunlaşdırıb.

Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və detalları dəqiqləşdirilir.