“Bəşər Əsədi dəstəkləyirik” – Dmitri Peskov
Rusiya tərəfi Suriya lideri Bəşər Əsədi dəstəkləməyə davam edir və Suriya ilə sıx təmasdadır.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Dəməşqdəki hərbi münaqişənin həlli üçün Türkiyə və İran nümayəndələri ilə üçtərəfli görüşü istisna etmir. Rusiya Suriyadakı vəziyyətlə bağlı iki dövlətin başçıları Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədlə sıx əlaqə saxlayır.
Ötən gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Suriyanın şimalında fəaliyyət göstərən terrorçular ABŞ-la koordinasiyada işləyirlər.
Rusiya mediası iddia edir ki, Suriya prezidenti Bəşər Əsəd ölkə daxilində silahlıların irəliləməsi və vəziyyətin gərginləşməsi fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmas axtarır.
Xatirə SADİQ