"Alim onsuz da meyxanaya meyillidir, Balaəli ilə də oxusun" - Baba Vəziroğlu

Baba Vəziroğlu Alim Qasımovun meyxanaçı Baləli ilə də duet oxuya biləcəyini deyib.

Sep 22, 2026 - 00:31
"Alim onsuz da meyxanaya meyillidir, Balaəli ilə də oxusun" - Baba Vəziroğlu

SAVASHMEDİA.az xəbər verir ki, şair və tərcüməçi “yeni sabah”a açıqlamasında Alim Qasımov və Üzeyir Mehdizadənin birgə ifasını müsbət qiymətləndirib.

“Üzeyir Hacıbəyov da, Üzeyir Mehdizadə də, Alim Qasımov da, Baləli də bizimkidir. Bir gün Alim Qasımov Baləli ilə də duet oxusa, pis alınmaz. Onsuz da Alim meyxana oxumağa meyillidir. Buna sevinərəm ki, yeni eksperimentlər edir”, - Vəziroğlu bildirib.

Qeyd edək ki, Alim Qasımov və Üzeyir Mehdizadənin “Nəyindən narahatsan?” duet ifası sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.

Aytən