"Ayıbdır, ay hökumət, yer haqqı, göy haqqı ayıbdır" - Natiq Cəfərli 

"Dünən bir rəsmi məlumata rast gəldim: Azərbaycan Mərakeşdən plastik qab alışını bərpa edib".

Jan 16, 2025 - 12:56
"Ayıbdır, ay hökumət, yer haqqı, göy haqqı ayıbdır" - Natiq Cəfərli 

SAVASHMEDİA.az xəbər verir ki, bunu iqtisadçı ekpert, ReAL partiyasının rəhbəri Natiq Cəfərli bildirib.

Onun fikirlərini təqdim edirik:

"Yəni, əvvəl də alırdıq, sonra bir müddət almamışıq, indi yenidən Mərakeşdən plastik qab alışını bərpa etmişik.

Ayıbdı, ay hökumət, yer haqqı, göy haqqı ayıbdı – plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik. Ay hökumət, bu ki, telefon, televizor, avtomobil, kosmik avadanlıq, kompyuter deyil ki, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz. Adi plastik qablardır, normal iş adamlarına imkan versəniz, onlara mane olmasanız Azərbaycanda istehsalını çoxdan təşkil edib öz xammalımızla daxili təlabatı ödəyə, hətta ixrac da edə bilərdik. 

İndi isə bu bəsit məhsulda belə Mərakeşə möhtacıq, çox güman, bu ölkə xammalı İtaliyada neft elamı zavodlarından alır, o zavodların xam nefti isə Azərbaycandan gedir. Yəni, biz xam nefti İtaliyaya satırıq, onlar emal edir, 100 cür məhsul istehsal etmək üçün əlavə dəyər yaradan istehsal üçün yararlı məhsullar alır, sonra onu ucuz işçi qüvvəsi olan Mərakeşə göndərir, onlar da plastik qap istehsal edib Azərbaycana satırlar. 
Bax belə bir sistem qurublar, xammal kimi nefti satıb, ondan alınan 100 cür məhsulu, satdığımızdan 10 qat baha xaricdən alırıq".

Oğuz