"Ukraynaya gəlim, danışaq" - Lukaşenkodan Zelenskiyə İNANILMAZ TƏKLİF

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenski ilə birbaşa görüşə hazır olduğunu açıqlayıb.

May 21, 2026 - 18:15
"Ukraynaya gəlim, danışaq" - Lukaşenkodan Zelenskiyə İNANILMAZ TƏKLİF

SAVASHMEDİA.az xəbər verir ki, Lukaşenko bu barədə yerli mediaya açıqlamasında danışıb.

Belarus lideri bildirib ki, Zelenski ilə istər Belarus, istərsə də Ukrayna ərazisində görüşə bilər. Onun sözlərinə görə, tərəflər arasında yığılıb qalan problemlərin dialoq yolu ilə həlli vacibdir.

Lukaşenko qeyd edib ki, Minsk Kiyev ilə münasibətlərin daha da gərginləşməsində maraqlı deyil və iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün danışıqların başlanmasını mümkün hesab edir.

Belarus Prezidenti son aylarda regionda artan gərginlik fonunda bir neçə dəfə Ukrayna ilə təmasların vacibliyini vurğulayıb. Ekspertlər isə hesab edir ki, bu açıqlama Minsk-Kiyev xəttində yeni diplomatik təmasların başlanacağı ilə bağlı siqnal ola bilər.

Oğuz