“KATV1”i heç kimə məsləhət görmürəm, mən də rədd edəcəyəm - ŞİKAYƏT
““KATV1”in özü qədər axmaq ikinci xidmət yoxdur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu xidmətin müştərisi Xanım Salah bildirib.
Müştəri qeyd edib ki, ödəniş gecikməsinə güzəşt etməyən ““KATV1” normal internet verə bilmir:
“İnternetin ödənişini 10 dəqiqə gecikdirəndə kəsirlər, amma 2 gündən bir internet yoxdur. WUF13 keçirilir, buna görə də məktəblər, universitetlər, işlər onlayndır. ““KATV1” bəzi yerlərdə intermeti niyə kəsir bilinmir”.
Müştəri ““KATV1”in verə bilmədiyi interneti ilə yanaşı qaynar xəttindən də şikayət edib:
“İnterneti kəsən kimi ilk etdikləri şey qaynar xətti “adboy” etməkdi. ““KATV1”i heç kimə məsləhət görmürəm. Mən də rədd edəcəyəm”.
Qeyd edək ki, KATV1 (“AG Telekom” MMC) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biridir.
Banu