Təyyarə bileti qiymətinə qatar səfəri? - ADY yeni tarifləri açıqladı
Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bakı-Tbilisi marşrutunda Komfort+ sinfi üzrə minimal qiymət 117, Lüks sinif üzrə isə 180 manatdan başlayacaq. Sadə Komfort tarixinin qiyməti isə minimal 81 manatdır.
Qeyd edək ki, ilk qatar mayın 25-də saat 23:10-da Bakıdan yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar hər gün saat 21:00-da Tbilisidən çıxaraq saat 06:24-də Bakıya gələcək.