92 nömrəli marşrut Biləcəri qəzasından belə yayındı - Avtobusun içindən ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, Biləcəri qəsəbəsi ərazisində yük avtomobilinin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə zamanı həmin ərazi ilə hərəkət edən 92 nömrəli marşrut avtobusunün sürücüsü və sərnişinləri də çətin anlar yaşayıb.
Hadisə şahidlərinin sözlərinə görə, avtobus sürücüsü peşəkar davranmasaymış onlar da hadisənin qurbanlarına çevrilə bilərdilər.
"Maşın haradansa gəldi, düşdü yerə, dəydi digər maşınlara. Möhkəm bir səs gəldi. Olan yerdəki maşınlara oldu. 91 nömrəli avtobusa minirdim həmişə, bu dəfə 92-yə mindim. Amma halal olsun 92-nin sürücüsünə ki, milləti ölümə vermədi, yayındırdı. Yoxsa 92-nin üstünə aşsaydı, hamı öləcəkdi".
Aytən İbrahimova
Avtobusun kamerası ilə çəkilmiş həmin görüntüləri təqdim edirik: