Cinsiyyət dəyişdirən məşhur türk aktrisa arvadı ilə şəklini paylaşdı – “İmkan vermirlər...” + FOTOLAR

Cinsiyyət dəyişdirərək kişi olan məşhur türkiyəli aktrisa Nil Erkoçlar (yeni adı ilə Rüzgar Erkoçlar) yenidən gündəmə gəlib.

Sep 6, 2025 - 23:13
Cinsiyyət dəyişdirən məşhur türk aktrisa arvadı ilə şəklini paylaşdı – “İmkan vermirlər...” + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, Rüzgar Erkoçlar xanımı ilə fotolarını paylaşıb. Ailə həyatında xoşbəxt olduğunu qeyd edən Erkoçlar artıq filmlərdən və seriallardan təkliflər gəlməməsindən şikayətlənib:
“Təkliflər yoxdur. Niyə belə olduğunu anlamıram. Vəziyyət dəyişmir. Media haqqımda xəbərlər verir, hamı məni tanıyır. Ancaq məsələ öz peşəmə gəlincə alınmır. Vaxtı ilə filmlərə də çəkilmişəm, ancaq həmin filmlər də satılmır. Yəqin ki, əngəlləyirlər, imkan vermirlər. Elədirsə, bu əngəllərin aradan götürülməsini tələb edirəm. Öz peşəmlə məşğul olmaq istəyirəm”.

Qeyd edək ki, Nil Erkoçlar ilk dəfə Hülya Avşarla reklamlara çəkilib. Daha sonra yayımlandığı vaxt reytinq rekordları qıran “Emret Komutanım” adlı serialda “Foto Fato” obrazı ilə məşhurlaşıb. Serialdan bir müddət sonra cinsiyyətdəyişmə əməliyyatı keçirərək kişi olub. 2017-ci ildə Tuba Erkoçlarla ailə qurub. Nildən sonra bacısı Gül Erkoçlar da cinsiyyətini dəyişdirərək Görkəm Batu Erkoçlar adını götürüb.

Banu

Fotolarda: Rüzgar (Nil) Erkoçlar