AFFA pula qıymadı, kompensasiya məbləği böyükdür - Santuş qalır

Azərbaycan millisinin Dünya Çempionatının seçmə mərhələsində İslandiyaya  böyük hesabla məğlub olması baş məqçi Fernandu Santuşun istefasını gündəmə gətirib. 

Sep 6, 2025 - 22:10
AFFA pula qıymadı, kompensasiya məbləği böyükdür - Santuş qalır

SAVASHMEDİA.az-ın xəbərinə görə, AFFA-nın yaxın günlərdə bununla bağlı yekun qərar verəcəyi gözlənilir.

Amma Santuşla üzülüşmək göründüyü qədər sadə məsələ deyil. Onunla bağlanmış müqavilənin detalları icitmaiyyətə açıqlanmadığından aylıq maaşı və müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə ona ödənməli olan kompensasiyanın məbləği bilinmir.

Məlumat üçün bildirək ki, AFFA Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla 2024-cü ildə "3+1" illik müqavilə bağlayıb və onun səlahiyyət müddəti 2028-ci ildə yekunlaşır. Tərəflərdən biri müqaviləni pozacağı təqdirdə isə müəyyən məbləğ ödəməlidir.

Maraqlıdır ki, Fernandu Santuşla müqavilə bağlandıqdan sonra futbol ictimaiyyəti və media onun bir neçə komandadakı uğursuz fəaliyyətinə görə işdən ayrıldığını xatırladırdı.  

Məsələn, AFFA rəhbərliyinə xatırladılırdı ki, Fernandu Santuş 2023-cü ildə Polşa millisinin baş məşqçisi təyin edilsə də, həmin ilin sentyabrında istefaya göndərilib. Fernandu Santuş həmçinin 2024-cü ilin yanvarında Türkiyənin "Beşiktaş" klubu ilə müqavilə imzalayıb, lakin 6 oyunluq məğlubiyyət seriyasından sonra böyük məbləğdə təzminat alaraq istefaya göndərilib. 

AFFA rəhbərliyi isə 2024-cü ilin iyunun 12-də onu Azərbaycan milli futbol komandasının baş məşqçisi postuna gətirərkən bu iddialara belə cavab vermişdi:

"Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır".

Kompensasiyanın dəqiq miqdarı bilinməsə də, bunun olduqca böyük məbləğ olduğu şübhəsizdir. 

Əldə etdiyimiz məlumata görə, AFFA rəhbərliyi həmin məbləğin çoxluğunu nəzərə alaraq, Santuşla yola davam etmək niyyətindədir.  

Oğuz