Putinin həmin videosunu sildirdilər - Nə demişdi?
Çin dövlət televiziyası Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin uzunömürlülüyü müzakirə edən videosunun silinməsini tələb edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Cümə günü Reuters xəbər agentliyi Rusiya prezidenti Vladimir Putin və Çin liderinin insanların 150 yaşa qədər yaşaması imkanlarını müzakirə etdiyi dörd dəqiqəlik videonu silib”, - deyə nəşr bildirib.
Vladimir Putin Çinə dörd günlük səfərinin nəticələrini müsbət adlandırıb. Onun sözlərinə görə, Çinə səfər zamanı imzalanan sənədlər gələcəyə hesablanıb.
oxu24.com