Paşinyan Nəsimi Musayevdən danışarkən ağız-burnunu belə əydi - ŞOK VİDEO
Ermənistan parlamentində azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi ilə bağlı müzakirə zamanı maraqlı anlar yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, hökumətin sual-cavab sessiyasında müxalif deputat Garnik Davtyan Nikol Paşinyana Azərbaycan əsgərinin ölkəsinə qaytarılıb-qaytarılmayacağı ilə bağlı sual ünvanlayıb.
Deputat hökumətin bu məsələdə mövqeyinin aydın olmadığını bildirərək Paşinyana “işarə verin, anlayaq” deyib.
Paşinyan isə deputata cavabında əl-qol hərəkətləri ilə müxtəlif jestlər edib. Baş nazirin jestləri parlament zalında gülüşə səbəb olub.
Səlcuq
Həmin görüntüləri təqdim edirik: