"Hacı Şahinin o sözündən sonra gedib qəbrimi qazdırdım" - Ağamirzə

Gedib baxıram və özümə deyirəm ki, heç kimin xətrinə dəymə, axırın buradır.

Jun 4, 2025 - 23:24
"Hacı Şahinin o sözündən sonra gedib qəbrimi qazdırdım" - Ağamirzə

"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahinə rəhmət eləsin. Deyirdi ki, ele bilirsiniz, ölüm ancaq qonşu, qohum üçündür?  Ölümü dərk edəndən və sonra valideynlərimin məzarının yanında özüm üçün məzar qazdırdım".

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Gün ortası" verilişində deyib:

"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir. Gedib baxıram və özümə deyirəm ki, heç kimin xətrinə dəymə, axırın buradır. Yaxınlarımız qoyub gedəcək bizi, bəlkə də səni dəfn etdikdən sonra qonaqlığa gedəcəklər. Hamı gedəcək, qalacaqsan sən və Allahın".

O, sağlığında öz qəbrini niyə qazdırdığını belə izah edib:

"Elə biri olur ki, kimsə dünyasını dəyişir və həmin gün yağış yağır. Bunun da qəbrini qazmaq lazımdır. Niyə kimsə bellə qaza-qaza, "vaxt tapdın ölməyə?" desin?"

Yağmur