Müctəba Xamenei harada, niyə və kimdən gizlənir? - Əraqçi DANIŞDI

İranın Ali rəhbəri Müctəba Xameneinin görüntülərinin yayımlanmamasının səbəbi açıqlanıb.

Nov 3, 2026 - 01:14
Müctəba Xamenei harada, niyə və kimdən gizlənir? - Əraqçi DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya televiziyasına müsahibəsində bunun təhlükəsizliklə bağlı olduğunu bildirib.

“Müctəba Xameneinin harada olduğu təhlükəsizlik səbəbindən açıqlanmır. Amma o, ölkənin idarə olunmasında fəal iştirak edir. Bütün mühüm məsələlər ona məruzə olunur, qəbul etdiyi qərarlar isə aidiyyəti qurumlara çatdırılır. Hazırda idarəçiliklə bağlı heç bir problem yaşanmır. Onun fotoşəkillərinin yayımlanmaması da sırf təhlükəsizlik məsələsidir”, - Əraqçi vurğulayıb.

Qeyd edək ki, Müctəba Xamenei 8 mart 2026-cı ildə İranın Ali rəhbəri seçilib. Həmin vaxtdan bəri o, ictimaiyyət qarşısında canlı çıxış etməyib, yeni görüntüləri yayımlanmayıb. Onun hazırda harada olduğu barədə rəsmi məlumat açıqlanmır.

Səlcuq