Bayden Beynəlxalq Cinayət Məhkəməsinin qərarını pislədi - “Biabırçılıqdır”

Prezident Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail liderlərinin həbsinə order verməsini biabırçılıq adlandırıb. 

Nov 22, 2024 - 11:27
Bayden Beynəlxalq Cinayət Məhkəməsinin qərarını pislədi - “Biabırçılıqdır”

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Bayden nəzərə çatdırıb ki, ICC nəyi nəzərdə tutsa da, İsrail və “HƏMAS” arasında heç bir bərabərlik yoxdur. “Qətiyyən yoxdur. Biz İsrailin təhlükəsizliyinə təhdidlər qarşısında həmişə onu dəstəkləyəcəyik”, - deyə Bayden bəyanatında bildirib.

Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə orderlərin verilməsi İsraildə hiddət doğurub. 

Netanyahu deyib ki, bu qərar antisemit nifrətlə əsaslandırılıb.

 “Heç bir biabırçı anti-İsrail qərarları bizə, xüsusən də mənə, ölkəmizin istənilən vasitə ilə müdafiəsini davam etməyimizə mane olmayacaq. Biz təzyiqə boyun əyməyəcəyik”, - deyə Netanyahu həmvətənlərinə videomüraciətində vurğulayıb.

İsrail prezidenti İsaak Hersoq ICC-nin qərarını “ədalət və insanlıq üçün qara gün” adlandırıb. O, vurğulayıb ki, məhkəmə İsrailə qarşı vəhşi hücum faktını və onun özünü müdafiə etmək hüququnu nəzərə almayıb. 

Xatirə SADİQ